Qafqazda yeni güc mərkəzi formalaşır – “The Jerusalem Times” – ANALİTİKAbackend

Qafqazda yeni güc mərkəzi formalaşır - "The Jerusalem Times" - ANALİTİKA

Türkiyə ABŞ-dakı lobbiçilərini Ankaranın Rusiyaya qarşı “dayaq” halına gətirmək üçün “geosiyasi” siyasət yürütdüyünü iddia etməyə məcbur etdi, “soyuq müharibə” terminologiyasından istifadə edərək Qərb liderlərini Ankaranın Moskvaya qarşı çıxaraq Vaşinqtonun tərəfində olduğuna inandırdı. Əslində isə Türkiyənin məqsədi ABŞ-ın bölgədə təsirini azaltmaqla Rusiya və İranla işləməkdir.

Bu da Ankaranın hər dəfə nəyəsə müdaxilə etməsi və ya öz qoşunlarını harasa yeritməsi ilə nəticələndi. Türkiyə Suriyanın şimalındakı bölgələri nəzarətə alaraq, ABŞ-ı qovmaq üçün Rusiya ilə çalışdı. Liviyada ABŞ-ın əvvəllər aktiv olduğu qarşıdurma indi Türkiyə tərəfindən dəstəklənən qiyamçı qrupların ifrat üstünlüyü halına gəldi.

Bu yaxınlarda sona çatan Azərbaycanla Ermənistan arasında müharibə elə bir şəkildə quruldu ki, Türkiyə və Rusiya Qafqazın cənubunda birbaşa təmas quraraq, Amerikanın təsirini azaltdı və bu bölgəni öz aralarında bölüşdülər.

Buna sübut bu müharibəni bitirən müqavilənin mətnində də görmək olar. Bu müqaviləyə uyğun olaraq, Rusiya sülhməramlıları və əsgərləri Dağlıq Qarabağa – Azərbaycan ərazisindəki bir bölgəyə daxil oldular. Əslinə baxsan, Bakını Dağlıq Qarabağda Ermənistana qarşı müharibəyə sövq edən Türkiyə idi.  Ankara bu bölgədəki vəziyyətə eyni şəkildə Osmanlı İmperiyası nöqteyi-nəzərindən baxır.

Bu səbəbdən də Türkiyə Birinci Dünya Müharibəsindən sonra imzalanan Lozanna sülh müqaviləsini və digər razılaşmaları yenidən yazmağın zəruriliyi barədə danışmaqda davam edir. Ankaranın Suriyanı işğal etməsi və İraqın şimalında bir çox hərbi baza yaratması, Liviya və Şərqi Aralıq dənizi məsələlərinə qarışması böyük hədəflərin bir hissəsidir. Türkiyə, müxtəlif ölkələrdə iştirakını və müdaxilələrini fərqli şəkildə təqdim edir. Məsələn, Vaşinqtonda Ankaranı ABŞ-ın müttəfiqi kimi davranaraq, onları “geopolitika” adlandırır. Əslində isə Türkiyə sürətlə Rusiyadan silahlar alır.

Türkiyə və Rusiyadan olan nümayəndələr, bir müddət əvvəl Rusiyanın kurort şəhəri Soçidə bir araya gələrək strategiyanı müzakirə etdilər. Türkiyə dövlət mediası görüş barədə bunları bildirdi: “Aparıcı türk və rus diplomatları çərşənbə axşamı bir araya gələrək beynəlxalq məsələləri müzakirə etdilər. Və iki ölkə prezidentlərinin görüşünə hazırlıqdan  danışdılar”.

Xatırladaq ki, Mövlut Çavuşoğlu ilə Sergey Lavrovun bu görüşü  Rusiya ilə Türkiyə arasında bu ölkələrin prezidentlərinin rəhbərlik edəcəyi Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının planlaşdırılan iclası ərəfəsində baş tutdu.

Türkiyənin dövlət mediası davamlı şəkildə ABŞ-ı tənqid edir və Rusiyaya yaxınlaşmanı təşviq edir. Adi bi misal deyək: Rusiyanın Türkiyədəki səfirinin öldürülməsindən dörd il ötür. Tərəflər yeni ittifaqı gücləndirmək üçün bu hadisəni belə unutdurmağa çalışdılar.

Türkiyə, Rusiya və İran Suriyanı nüfuz bölgələrinə bölmək və ABŞ-ı Suriyanın şərqindən sıxışdırmaq istəyirlər. Bu, 2016-cı il Astana prosesindən (Suriyanın sülh prosesi) qaynaqlanan praktik bir iş  kimi qəbul edilir. Son məqsəd yenə də eynidir: ABŞ-ı sıxışdırmaq və yeni ittifaqın hər üzvünə uyğun bir nəzarət zonası vermək.

Türkiyə İsrail və ABŞ-a “barışıq” istədiyini eyham etməyə çalışdı. Ancaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışmağa başlayanda militarist münasibətini gizlətmir. Onun ətrafı ABŞ-a və Avropaya xor baxır. “Barışıq” ifadəsini yalnız ona görə istifadə edirlər ki, həm müəyyən vaxt və həm də yeni ABŞ rəhbərliyinin rəğbətini qazansınlar.

Bununla paralel Rusiya və İranla əmədaşlıqlarını davam etdirirlər. Yada salaq ki, əvvəllər ABŞ Qafqazda daha qabarıq rol oynayırdı. Lakin müəyyən səbəbdən bu aktivlik azaldı. Səbəbsə sadədir: uzaq qonşudan yaxın qonşu irəlidir. Gürcüstan 2008-ci ildə Rusiya ilə müharibəyə girdiyi zaman ABŞ-ın kömək edəcəyini gözləyirdi. Lakin bu, baş vermədi. Nəticədə Gürcüstan məğlub oldu. ABŞ və Avropanın Qafqazdakı nüfuzu azaldı. Daha sonra 2014-cü ildə Ukrayna da Amerikadan kömək gözləyirdi. ABŞ onda da bir dəstək vermədi. Nəticədə Rusiya Krımı ilhaq etdi.

Türkiyənin 2020-ci ilin sentyabrında Azərbaycanı təhrik etdiyi müharibə ABŞ-ın Qafqazdakı iştirakının sonu oldu. Türkiyə hamını bu müharibədə İran və Rusiya ilə üzləşmək üçün lazım olduğuna inandırsa da, əslində Ankara Tehran və Moskva ilə ciddi əməkdaşlıq etdi.

Məqsədlərdən biri də Rusiyanı bir sülhməramlı qüvvə kimi Cənubi Qafqaza cəlb etmək və gözlənilən Qərb təsirini aradan qaldırmaq idi. Çünki  Ermənistan Rusiyanın orbitindən çıxmağa çalışırdı. Nikol Paşinyan Qərblə daha sıx əlaqələr qurmaq istəyirdi. Bunun qarşısını almaq üçün Moskva yayda və payızda Paşinyanın mövqeyini zəiflətmək üçün Türkiyənin dəstəyi ilə Azərbaycanın müharibə başlatmasına icazə verdi. Nəticə gözlənilən kimi oldu. Ermənistan zəiflədi və məğlub oldu. Ən əsası Paşinyan sülh istəməyə başladı və yenidən Rusiya vassallığını qəbul etdi.

İndi Ermənistan Moskva və Ankaranın girovuna çevrilib. Türkiyə bunu çoxdan istəyirdi. On illərdir ki, İsraillə yanaşı ABŞ-la daha sıx əlaqələr qurmağa çalışan Azərbaycan indi də Ankaranın tərəfindədir. Nəticədə Rusiya və Türkiyənin nəzarətinin gücləndirildiyini və Cənubi Qafqazda yeni geosiyasi mənzərəni görürük.

Qərb mediası Türkiyə-İran-Rusiya üçbucağının Osmanlı, Fars və Rusiya imperatorluqlarının tarixən fərqli hədəflər qurduqları üçün – ya da sünni, şiə və xristian ölkələri olduqları üçün çökməyə məhkum olduğu barədə nağıllar uydururlar. Ancaq bu, tarixin və hadisələrin inkişafının səhv oxunmasıdır.  Qərbdəki ortaq düşmənlərə qarşı mübarizə aparmaq üçün yeni güc mərkəzi formalaşmaqdadır. Onları birləşdirən ümumi cəhətlər çoxdur. Çünki bu üç dövlət ABŞ-ın rəhbərlik etdiyi təkqütblü dünyaya son qoymağa çalışan yeni güclərdir. Türkiyəni Soyuq Müharibə prizmasından görən Vaşinqton təmsilçiləri bu ölkənin son hədəflərini səhv qiymətləndirirlər. Ankaranın məqsədi həmişə ABŞ-ın Orta Şərqdəki rolunu zəiflətmək və azaltmaq, eyni zamanda Rusiya və İranın rolunu artırmaq olub.

Ankara atdığı hər addımla Rusiya və İranın nüfuzunu artırmağa və yalnız Amerikanı deyil, demokratiya və mətbuat azadlığını axtaran, avtoritar liderləri özünə cəlb edən qrupları da zəiflətməyə çalışır.

“The Jerusalem Times” nəşri,  İsrail.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*