“Qalatasaray” klubunun əfsanəvi futbolçularından biri olan Gökmen Özdenak vəfat edib.
KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Türkiye” qəzetinə istinadən xəbər verir.
O, müalicə aldığı xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Fəaliyyətini futbol şərhçisi kimi davam etdirən 78 yaşlı Özdenak dekabrın 29-da evində ürəyində narahatlıq hiss etdiyinə görə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Qeyd edək ki, Özdenak 13 il “Qalatsaray”da hücumçu mövqeyində çıxış edib və dörd dəfə ölkə çempionu adını qazanıb. Klubda keçirdiyi 297 oyunda 99 qol vurub.
