“Qalatasaray” kubokda mübarizəni dayandırdıbackend

“Qalatasaray” kubokda mübarizəni dayandırdı

Futbol üzrə Türkiyə Kubokunda yarımfinala vəsiqə qazanan sonuncu komandanın adına aydınlıq gəlib.

KONKRET.az xəbər verir ki, “Qalatasaray” doğma meydanda “Fatih Karagümrük”lə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 6-cı dəqiqədə Markos Vinisius Amaral Alves açıb. Matçın yekun nəticəsini 84-cü dəqiqədə Rian Mendes müəyyənləşdirib.

“Fatih Karagümrük”  növbəti mərhələdə “Trabzonspor”la, “Beşiktaş” isə “Ankaragücü” ilə qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*