Qalibaf: “Düşmən nə nüvə proqramını dayandıra bildi, nə də…”backend

Qalibaf: “Düşmən nə nüvə proqramını dayandıra bildi, nə də...”

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ və İsrailin son hərbi gərginliklər zamanı strateji məqsədlərinə çatmadığını bildirib.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, İranın güclü hərbi müqaviməti və xalqın tam dəstəyi sayəsində düşmənlər geri çəkilməyə məcbur qalıblar.

“ABŞ və sionist rejim İranın güclü silahlı qüvvələrinin və xalqın birgə müdafiəsi qarşısında dayana bilmədi. Onlar özləri elan etdikləri strateji hədəflərinə çata bilmədiklərinə görə hücumlarını dayandırdılar.” , – deyə Qalibaf qeyd edib.

O əlavə edib ki, düşmənlər nə uranın zənginləşdirilməsini dayandıra, nə də İranın raket proqramını məhdudlaşdıra bildilər. Əksinə, ilk dəfə olaraq İsrailin hərbi və təhlükəsizlik infrastrukturu dağıdıldı, şəhərləri təhlükəsizliyini itirdi, “Dəmir Qübbə” mifi çökdü və bu ölkəyə sərmayə qoymaq, orada yaşamaq ümidləri sarsıldı.

Qalibaf həmçinin bildirib ki, ABŞ İran xalqının möhkəm iradəsini gördükdən sonra vəziyyətdən çıxmaq üçün “görünüş üçün” zərbələr endirdi və İranın bölgədəki ABŞ hərbi bazalarına cavab zərbəsindən sonra atəşkəs təklifi irəli sürdü.

Sonda isə vurğulayıb ki, İran hələ bütün imkanlarından, o cümlədən qlobal enerji bazarına təsir gücündən istifadə etməyib və bu, ölkənin əlinin hələ də güclü olduğunu göstərir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*