Qan analizlərini dəyişməkdə ittiham olunan şəxs işə bərpa olunmaq istəyirbackend

Qan analizlərini dəyişməkdə ittiham olunan şəxs işə bərpa olunmaq istəyir

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin keçmiş əməkdaşı Süleyman Qubadlı işinə bərpa olunmaq istəyir.

KONKRET.az xəbər verir ki,xəbər verir ki, o, bununla bağlı məhkəməyə müraciət edib. Süleyman Qubadlı iddiasında işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsini də tələb edir.

İddiaya Nəsimi Rayon Məhkəməsində baxılacaq. Günay Abidova iş üzrə hakim təyin edilib.

Maraqlıdır ki, Süleyman Qubadlı ötən il Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Milli Hematologiya və Transfuziologiya Mərkəzində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs olub.

Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, istintaqla Süleyman Qubadlının 2022-2023-cü illər ərzində qeyd edilən qurumda işləyərkən qanuni əsas olmadan həqiqi hərbi xidmətdən yayınmaq üçün ona müraciət etmiş ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq laborator müayinə üçün onlardan götürülmüş qan nümunələrini dəyişməklə talassemiya daşıyıcısı olmalarına dair əldə etdiyi saxta nəticələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin tabeli qurumlarına təqdim edib həqiqi hərbi xidmətdən yayınmalarını təşkil etməsinə və digər qanunsuz hərəkətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlarla Süleyman Qubadlı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 32.3, 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırılmasını təşkil etmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*