Qanunla taksi sürücüləri necə saat işləməlidir? – MARAQLI CAVABbackend

Qanunla taksi sürücüləri necə saat işləməlidir? - MARAQLI CAVAB

“Azərbaycanda taksi sürücülərinin iş qrafiki qanunvericiliklə tənzimlənir. Mövcud qaydalara əsasən, taksi sürücüləri gündəlik maksimum 8 saat işləyə bilərlər. Bu müddətdən artıq fəaliyyət göstərməyə icazə verilmir”.

Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev KONKRET.az-a açıqlamasında deyib.

Yasin Mustafayev: Geniş ərazilərdə volosiped və parkinq zolaqlarının  çəkilməsinə cəhd olunur

“Taksi fəaliyyəti göstərən şirkətlər və onlara bağlı operatorlar da proqram təminatı vasitəsilə bu qaydanın icrasını təmin edirlər. Sürücü gün ərzində 8 saatlıq limiti keçdikdə, onun platformada fəaliyyət göstərməsi texniki olaraq məhdudlaşdırılır, hesabı deaktiv olunur və qeydiyyatdan keçə bilmir.

Mütəxəssis bildirir ki, bu qaydaların tətbiqi sürücülərin sağlamlığını və yol təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

“Çünki uzunmüddətli iş rejimi yuxusuzluq, fiziki və psixoloji yorğunluq, əsəbilik kimi hallarla müşayiət oluna bilər. Bu isə nəinki sürücünün sağlamlığına, eyni zamanda sərnişinlərin təhlükəsizliyinə də ciddi risk yaradır. Gərgin və nəzarətsiz iş qrafiki qəzalara, sərnişinlərlə konfliktə və digər arzuolunmaz hallara səbəb olur”.

Ekspert bu tələbin sərt şəkildə qorunmasının vacibliyini vurğulayır və sürücülərin həm fiziki, həm də psixoloji baxımdan istirahətinə xüsusi diqqət yetirilməsini tövsiyə edir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*