Qanunsuz ov edənlər saxlanıldı: Əcnəbilər Azərbaycanda ova niyə maraq göstərir?backend

Qanunsuz ov edənlər saxlanıldı: Əcnəbilər Azərbaycanda ova niyə maraq göstərir?

“Ovçuluq hər zaman insanlar üçün maraqlı bir sahə olub.Burada həm müəyyən quşların, həm də ceyran, qaban və digər növlərin ovlanması insanlar üçün maraq doğurub. Bu baxımdan Qətər və Suriya vətəndaşlarını da müəyyən mənada başa düşmək olar, çünki onlar üçün də bu sahə maraqlıdır”.

KONKRET.az xəbər verri ki, bu sözləri Demokrat.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

“Xüsusilə, şahin və digər yırtıcı quşların ovlanması onlarda ənənəvi bir hobbiyə çevrilib. Onların Azərbaycanda bu məqsədlə ov prosesinə qoşulmaları da bunun göstəricisidir. Lakin yaxşı ki, təbiəti mühafizə orqanları, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri bu şəxsləri vaxtında aşkarlayıb cərimələyiblər və quşları təbiətə buraxıblar”.

O bildirib ki, Azərbaycanda ovçuluq qaydaları qanunvericiliklə tənzimlənir:

“Heyvanların, quşların və digər canlıların ovlanması yalnız müəyyən şərtlər daxilində mümkündür. Nazirlər Kabinetinin 2004-cü il tarixli qərarına əsasən, bəzi quş növlərinin qanunsuz ovlanmasına görə yüksək məbləğdə cərimələr müəyyən edilib.

Məsələn, şahin quşunun qanunsuz ovlanmasına görə təxminən 1100 manat məbləğində cərimə tətbiq olunur. Həmin şəxslərə qarşı da bu cərimə sistemi tətbiq edilib.

Qeyd edilməlidir ki, artıq bu cür quşların, ceyranların və digər vəhşi heyvanların sayı xeyli azalıb. Artıq əvvəlki kimi onları çoxlu sayda görmək mümkün deyil. Ona görə də bu sahədə mühafizə tədbirləri gücləndirilməlidir.

Hər bir şəxs əgər ovla məşğul olmaq istəyirsə, qanunvericiliyə uyğun şəkildə qeydiyyatdan keçməli, müvafiq rüsumu ödəməli və yalnız icazə verilən ərazilərdə bu fəaliyyəti həyata keçirməlidir”.

Qeyd edək ki, Azərbaycanda qanunsuz ov edən Suriya vətəndaşları cərimə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*