Qar Cəlilabadda fəsadlar törətdibackend

Qar Cəlilabadda fəsadlar törətdi

Cəlilabad rayonunun dağ və dağətəyi yaşayış məntəqələrində yağan qar fəsadlar yaradıb.

KONKRET.az Report-a istinadla xəbər verir ki, qarın qalınlığı 20 sm-ə çatıb.

Rayonun Buravar Badamağacı, Şatırlı, Əsədli, Ləkin, Musalı və ətraf kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Kənd sakinlərinin dediklərinə görə, sözügedən kəndlərlə rayon mərkəzi arasında əlaqə kəsilib.

Həmçinin Cəlilabad-Yardımlı yolunda da hərəkət dayanıb. Ərazidə həmçinin rabitə xətlərinin qırılması səbəbindən internet əlaqəsi kəsilib. Hazırda bu kəndlərdə şaxtalı hava hökm sürür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*