“Qarabağ” ciddi itki ilə üzləşdibackend

"Qarabağ" ciddi itki ilə üzləşdi

“Qarabağ” klubunun futbolçusu Kevin Medina zədələnib.

Klubun mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, kolumbiyalı müdafiəçi ötən gün məşq zamanı ayaq əzələsini dartıb. Bu səbəbdən Medina hazırda “Keşlə” ilə Azərbaycan Premyer Liqasının XIII tur matçında iştirak etmir.

O, dekabrın 8-da İsveçrədə “Bazel”ə qarşı Konfrans Liqasının VI tur matçında böyük ehtimalla iştirak etməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*