“Qarabağ” dünya klubları arasında 48-ci yerdədirbackend

"Qarabağ" dünya klubları arasında 48-ci yerdədir

İFFHS klubların növbəti reytinqini açıqlayıb. 

KONKRET.az xəbər verir ki, siyahıda dünyanın ən yaxşı 505 komandası yer alıb.

Ölkəmiz burada 4 kollektivlə təmsil olunub. “Qarabağ” 183 xalla dünyanın 48-ci komandasıdır. Ağdam klubu ötən cədvəldəki mövqeyini qoruyub.

“Zirə” böyük sıçrayışa imza atıb. Qəsəbə təmsilçisi 127 pillə irəliləyib. Rəşad Sadıqovun çalışdırdığı kollektiv 60,75 xalla 384-cüdür.

“Neftçi” 59,25 əmsalla 398-cidir. Bakılılar 21 pillə geriləyib.

58,25 xala malik “Sabah” 405-ci yerdədir. Paytaxt təmsilçisi 8 pillə irəliləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*