Qarabağ erməniləri: “Bizim bir çıxış yolumuz var, hamımız deyəcəyik: İlham Əliyev, biz səninləyik” – VİDEObackend

Qarabağ erməniləri: "Bizim bir çıxış yolumuz var, hamımız deyəcəyik: İlham Əliyev, biz səninləyik” - VİDEO

“Azərbaycanlılar bizi heç vaxt narahat etməyiblər”.

KONKRET.az xəbər verir ki, yolun bağlanmasından sonra erməni mediasının müxbirləri Qarabağ erməniləri arasında sorğu keçiriblər. Sualları cavablandıran ermənilər azərbaycanlılardan narazılıq etməyiblər.

“Bizim kənddə sakitçilikdır. Panika yoxdur. Yolun açılmasını gözləyirik. Dörd tərəfdə azərbaycanlılardır. Yuxarıda onların bayrağı görünür, ora  onların postlarıdır. Sarıbaba dağında da onlardır. Azərbaycanlılar bizi heç vaxt narahat etməyiblər”, – erməni qadın deyib.

“Mən bu kənddə yaşayıram. Azərbaycanlılar bizdən 50 metr aralıdır. İndi dostumun yanında qalıram. Yol açılmasa,bilmirəm necə olacaq. Nə Ermənistanda, nə Qarabağda hökumət var. Ona görə belə vəziyyət yaranıb.

Əgər Qarabağ azərbaycanlılarındır, qoy rəhbərlik bizə açıq desin ki, çıxın gedin, bu bizim torpaq deyil. Biz yığışıb çıxıb gedərik. Sonra nə olacaq bilmirəm.

Qarabağın 80% gəliri qızıl mədənlərindən gəlir. On gün də belə davam etsə, nə olacaq bilinmir.

Bu gün şərtləri Azərbaycan diktə edir. Biz ancaq qaçırıq. Bizim bir çıxış yolumuz var – hamımız əlimizi qaldırıb deyəcəyik: İlham Əliyev, biz səninləyik, ya da öləcəyik”.

Digər sakin: “Qoy desinlər, Qarabağ Azərbaycandır, yığışıb gedərik”.

Ətraflı videoda:

Xuraman Etibarlı,

KONKRET.az

  • Jalə
    Dekabr 18, 2022 - 23:03

    Guya bilmirlər ki Qarabağ Azərbaycanındi. Onların torpağı var ki. Ermənistan belə qədim İrəvan xanlığının torpağıdı.ora onları Rus çarı yerləşdirib. Şərəfsiz ermənilər rədd olun bizim torpaqlardan. Yaşasın Azərbaycan. Yaşasın İlham Əliyev.

  • Gülağa
    Dekabr 20, 2022 - 10:49

    Nəhayət ermənilər də dərk etməyə başlayırlar ki, İlham Əliyevin ətrafında birləşmək ən gözəl seçimdir.

  • Mehdi
    Dekabr 20, 2022 - 17:58

    Bizim servetimizle dolanirlR gunahgar da bizik..bu nece olur

Mehdi üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*