“Qarabağ”ın ilk loqosunun müəllifi həkim imişbackend

"Qarabağ"ın ilk loqosunun müəllifi həkim imiş

“Qarabağ” futbol klubunun ilk loqosunun yaranma tarixçəsi məlum olub.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, loqonun ilk müəllifi klubun həkimi Aydın Mirzəyevdir.

Onun sözlərinə görə, “Qarabağ” futbol klubunun ilk loqosu 1997-ci ildə hazırlanıb. Aydın Mirzəyev bildirib ki, həmin il komanda Sumqayıtda qalırdı və xarici səfər ərəfəsində loqo məsələsi gündəmə gəlib.

“Məni çağırıb xahiş etdilər ki, məşqdən sonra hamı evinə getsə də, mən qalım və gecə bir fikir düşünüb səhər təqdim edim. Çünki formalarımızın üzərində mütləq loqo olmalı idi, əks halda, bizi qəbul etməzdilər. Xeyli düşündüm ki, Qarabağı necə təmsil edə bilərik. Birdən yadıma o atlar – Qarabağ atları düşdü.

Sadəcə, indiki loqodakı ulduzlar sonradan şirkət tərəfindən əlavə olunub, o vaxt bu ulduzlar yox idi. Səhər loqonu təqdim etdim, çox uğurlu alınmışdı. Ardınca onu formaların üzərinə tikdilər və bu, bizim loqomuz oldu. O zamandan bəri bu atlar bizim şərəfimiz və şöhrətimiz, “Qarabağ”ın köhlənləridir. Loqomuz belə yaranıb” , – deyə o bildirib.

Qarabağın ilk loqosunun müəllifi həkim imiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*