“Qarabağ”ın “Kəhər”i stadiona buraxılmayıb? – VİDEObackend

“Qarabağ”ın “Kəhər”i stadiona buraxılmayıb? – VİDEO

“Qarabağ” klubunun maskotu “Kəhər”in UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” – “Şkendiya” matçı zamanı polislər tərəfindən stadiona buraxılmaması ilə bağlı sosial şəbəkələrdə videolar paylaşılıb. Hətta videolarda maskotun formasının cırıldığı da qeyd olunub.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Qarabağ” klubunun mətbuat katibi Anar Hacıyev bildirib ki, “Kəhər”in stadiona buraxılmaması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

“Maskotun geyimi zədələnməyib. Geyimin yan hissələri düyməli olduğundan, həmin düymələr açılıb və geyim maskotun əynindən çıxıb. Polis əməkdaşları ona kömək göstərmək istədikləri zaman, kənardan izləyənlər hadisəni yanlış başa düşüblər. Stadionda olan hər bir azarkeş maskotun oyunun əvvəlindən sonunadək stadionda olduğunu görüb”, – deyə A.Hacıyev bildirib.

Qeyd edək ki, qarşılaşma “Qarabağ“ın 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*