“Qarabağ”ın oyununu izləmək istəyənlərin nəzərinə!backend

“Qarabağ”ın oyununu izləmək istəyənlərin nəzərinə!

“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda İspaniyanın “Atletik Bilbao” klubu ilə keçirəcəyi oyun üçün vauçerlər sabah saat 15:00-da satışa çıxarılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə klubun rəsmi feysbuk səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, sözügedən qərar vauçerlərin çoxsaylı istəkləri əsasında qeydə alınıb. Həmçinin əlavə edilib ki, vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı əlavə məlumat daha sonra klubun sosial media hesablarında paylaşılacaq.

Qeyd edək ki, “Atletik Bilbao”–“Qarabağ” matçı oktyabrın 22-si saat 20:45-də “Estadio San Mames”də keçiriləcək.

Xatırladaq ki, bundan öncə klub biletlərin oktyabrın 15-də satışa çıxarılacağını bəyan etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*