“Qarabağ”ın rəqibi Bakıya qələbə ilə gəlirbackend

"Qarabağ"ın rəqibi Bakıya qələbə ilə gəlir

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Ferentsvaroş” klubu Macarıstan çempionatında mübarizəyə başlayıb.

KONKRET.az-ın məlumatına görə, Budapeşt təmsilçisi “Puşkaş Akademiyası” komandasını qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 90+4-cü dəqiqədə Kristof Zakariassen vurub.

Qeyd edək ki, “Qarabağ” “Ferentsvaroş”la ilk oyununu avqustun 3-də evdə, cavab matçını avqustun 9-da səfərdə keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*