“Qarabağ”ın rəqibi daha bir hücumçu aldıbackend

“Qarabağ”ın rəqibi daha bir hücumçu aldı

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən olan “Ayntraxt” heyətini yeni futbolçu ilə gücləndirib.

KONKRET.az xəbər verir ki, Frankfurt təmsilçisi “Hoffenhaym”ın 2-ci komandasından Ayub Amamuni-Eçquyabı transfer edib.

Bu barədə Bendesliqa klubunun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

Ayub bu mövsüm 18 oyunda 9 qol vurub, 6 məhsuldar ötürmə edib.

Frankfurt təmsilçisi bir neçə gün əvvəl “Elversberq”dən (Almaniya) hücumçu Yunus Ebnutalibi də transfer edib.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*