“Qarabağ” ingilislərə cavab verdi: “2017 artıq tarixdir!” – VİDEObackend

“Qarabağ” ingilislərə cavab verdi: “2017 artıq tarixdir!” – VİDEO

Ötən axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Qarabağ“la “Çelsi” matçından əvvəl maraqlı anlar yaşanıb. Belə ki, türkiyəli idman jurnalisti oyunun keçirildiyi Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında gözlənilən nəticələrlə bağlı azarkeşlər arasında sorğu keçirib. 

KONKRET.az xəbər verir ki, sorğuda “Çelsi” azarkeşlərindən biri hesabın 2017-ci ildəki kimi olacağını, yəni “Qarabağ“ın məğlub olacağını deyib.

Lakin “Qarabağ” qarşılaşmanı bərabər hesabla bitib: 2-2

İdman jurnalisti bununla bağlı paylaşım edərək həmin azarkeşin gözləntisinə cavab verib. Görüntülər sosial mediada maraqla qarşılanıb.

Xatırladaq ki, 2017–2018 UEFA Çempionlar Liqası mövsümündə “Qarabağ” və “Çelsi” iki dəfə üz-üzə gəlib. Londonda baş tutan ilk oyundan “Qarabağ” 6:0, Bakıda isə 0:4 hesabı ilə məğlub ayrılıb.

Həmin görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*