“Qarabağ” Kiprdən qollu heç-heçə ilə dönürbackend

“Qarabağ” Kiprdən qollu heç-heçə ilə dönür

Bu gün Konfrans Liqasında növbəti oyunlar keçirilir.

KONKRET.az xəbər verir ki, turnirdəki yeganə təmsilçimiz “Qarabağ” III təsnifat mərhələsində səfər görüşünə çıxıb.

Komandamız Kiprdə AEL-in qonağı olub. Qarşılaşmanın ilk hissəsi qolsuz başa çatıb. Matçın 69-cu dəqiqəsində meydan sahibləri penaltidən hesabı açıb. Lakin 90-3-cü dəqiqədə Abdulla Zubir Ağdam təmsilçisinin bərabərlik qolunu vurub.

Ağdam klubunun qolundan sonra meydan sahiblərinin azarkeşləri Qurban Qurbanova qarşı təxribat törədib. Bu səbəbdən oyunda qısa müddətlik fasilə yaranıb. Beləliklə qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Bu cütün qalibi pley-offda “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) duelinin güclüsü ilə qarşılaşacaq.

5 avqust

Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun
21:00. AEL (Kipr) – “Qarabağ” (Azərbaycan) – 1:1

Qol: Stefan Scepoviç (pen, 69) – A.Zubir, 90+3

Baş hakim: Qlenn Niberq (İsveç)
Limassol. “AEK Arena”

AEL: 1. Vozinya, 4. Andrey Teişeyra, 13. Bruno Santos, 44. Kire Ristevski, 27. Robert Mazan, 6. Slobodan Medoyeviç (Serbiya), 8. Davor Zdravkovski, 20. Sito Riera, 12. Stefan Scepoviç, 16. Manuel Torres, 17. Euller

Ehtiyat oyunçular: 30. Antreas Keravnos, 99. Elber Evora, 5. Tjin Daverveld, 10. Franko Mazurek, 11. Alastair Reynolds, 15. Stylianos Panteli, 23. Vasilios Papafotis, 24. Dimitris Avraam, 28. Kostas Soteripu, 50. Andriya Maydevaç, 73. Bryan Pele, 77. Matko Babiç

Baş məşqçi: Duşan Kerkez

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 20. Kadi Borqes, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev

Baş məşqçi: Qurban Qurbanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*