“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində tarixi sınağa çıxır.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, Azərbaycan çempionu ilk dəfə vəsiqə qazandığı bu raundda bu gün doğma azarkeşləri önündə İngiltərə təmsilçisi “Nyukasl” klubu ilə üz-üzə gələcək.
Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək. Oyunun baş hakimi Norveçdən olan FIFA referisi Espen Eskas olacaq.
Tərəflər arasında cavab matçı fevralın 25-də İngiltərədə baş tutacaq. Bu cütün qalibi 1/8 final mərhələsində “Çelsi” və ya “Barselona” ilə qarşılaşacaq.
Beləliklə, “Qarabağ”ı həm klub, həm də Azərbaycan futbolu üçün böyük əhəmiyyət daşıyan 90 dəqiqə gözləyir. Azarkeşlər isə komandadan növbəti tarixi uğuru gözləyirlər.
