“Qarabağda separatçı rejimin səhifəsi bağlanıb”.
KONKRET.az xəbər verir ki, separatçı Samvel Babayan belə deyib.
O bildirib ki, bu məsələ Ermənistanda heç kimi maraqlandırmır və Azərbaycanla Qarabağda ləğv edilmiş qondarma rejim arasında danışıqların bərpası ehtimalı sıfıra bərabərdir.
Samvel Babayan əlavə edib ki, hazırki reallıq bu imkanların iflasa uğradığını göstərir.
Günel Mikayılova,
KONKRET.az