Qarabağdakı son əməliyyat haqda sensasion detallar ÜZƏ ÇIXDIbackend

Qarabağdakı son əməliyyat haqda sensasion detallar ÜZƏ ÇIXDI

Xəbər verdiyimiz kimi, dünən son zamanlar yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.

“Ordumuz Şuşadan enərək quzeydə Kosalar, şərqdə Turşsuya qədər bütün alternativ yolları azad edərək nəzarətə götürüb”.

KONKRET.az bildirir ki, bu haqda sosial şəbəkənin Azərbaycan seqmentində, həmçinin Türkiyə mənbələrində, teleqram kanallarında məlumat yayılıb.

Məlumatda vurğulanıb ki, separatçı terrorçular qazdığı səngərləri və açdığı yolları bir güllə də atmağa cəsarət etmədən tərk edib.

O da qeyd olunub ki, dünənki əməliyyatlarda itki olmayıb:

“Dolama torpaq yollar Ordumuz tərəfindən tam nəzarətə götürülüb. Heç bir qan tökülməyib. Proses azsaylı qüvvə tərəfindən həyata keçirilib”.

Aşağıdakı skrində Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçən torpaq yolların xəritəsinin əks olunduğu bildirilir.//Globalinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*