“Paşinyan heç nə olmamış kimi nazirləri dəyişir, iclaslar keçirir, həyatdan zövq alır”.
KONKRET.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi, ictimai xadim Avetik İşxanyan öz Facebook səhifəsində yazıb.
O bildirir ki, beynəlxalq birlik öz maddi, geosiyasi maraqlarını rəhbər tutur və Qarabağ xalqının iztirablarına laqeyd yanaşmır.
“Uzun müddət BMT, Aİ və müxtəlif səfirliklər qarşısında etiraz aksiyalarını tənqid etməkdən çəkindim. Mən özüm də bir neçə dəfə onlara baş çəkdim və BMT ofisi qarşısındakı oturaq aksiya iştirakçılarına dəstəyimi bildirdim. Amma daha dözə bilmirəm.
Anlayın, sonda beynəlxalq birlik adlanan qurum öz maddi, geosiyasi maraqlarını rəhbər tutur və bizim qarabağlı soydaşlarımızın iztirablarını vecinə almır.
Bu günlərdə əlimizdə kifayət qədər nümunələr var: Aİ-nin Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan müttəfiqliyinə heyranlığı, ABŞ-ın Azərbaycana davamlı hərbi yardım göstərməsi və s. Qarabağı xilas etməyin açarı Ermənistandadır.
Qarabağı ancaq antimilli hakimiyyəti qovmaqla xilas etmək olar. Bu günlərdə “Vətəndaş müqaviləsi”nin üzvləri deyilənlər gecə-gündüz istefa arzusunda olmalı idilər.
Parlament üzvlərini və onların diktator qul sahibini qovsaq, biz özümüz ruhlanardıq. Onda bu beynəlxalq ictimaiyyət bizə hörmət edərdi və düşmən ehtiyat edib yolu açardı.
Diktator (Paşinyan – red.) isə heç nə olmamış kimi nazirləri dəyişir, məclislər keçirir, həyatdan zövq alır.
Hamımıza AYIB!”, – deyə o yazıb.
Xuraman Etibarlı,
KONKRET.az