Qardaşı tərəfindən bıçaqlanan şəxs öldübackend

Qardaşı tərəfindən bıçaqlanan şəxs öldü

Lənkəranda bıçaqlanan 22 yaşlı kişi xəstəxanada ölüb.

KONKRET.az Unikal-a istinadən xəbər verir ki, ötən gecə böyük qardaş 36 yaşlı Calal Abdullayev tərəfindən bıçaqlanan kiçik qardaş 22 yaşlı Camal Abdullayev bu gün axşam saatlarında Lənkəran rayon mərkəzi xəstəxanasında ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, bıçaqlanma hadisəsi ötən gecə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş vermişdi. Qardaşlar arasında yaranan mübahisə zamanı böyük qardaş kiçik qardaşa kəsici-deşici alətlə xəsarət yetirmişdi. Dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunan yaralı əməliyyat blokuna alınmışdı.

Hadisədən sonra cinayət əməlini törətməkdə şübhəli bilinən 36 yaşlı C.Abdullayev polisə gələrək könüllü təslim olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*