“Qareginə dedim ki, heç bir status olmayacaq” – Allahşükür Paşazadəbackend

"Qareginə dedim ki, heç bir status olmayacaq" - Allahşükür Paşazadə

“Bu günlər həm Anım, həm də Qələbəmizi başlandığı günlərdir. Mən 30 ildir, erməni dini lideri ilə görüşlər keçirirəm. Bu illər ərzində heç vaxt əyilməsəm də, daxilimdə bir qüssə var idi. Lakin bu dəfə tamam fərqli görüş oldu. Bunun səbəbi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız möhtəşəm Qələbədir”.

KONKRET.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin oktyabrın 13-də Moskvada keçirilmiş görüşü barədə danışarkən deyib. A. Paşazadə heç vaxt görüşdən qaçmadığını bildirib, bu görüşlə bağlı Rusiya Patriarxının təklifini də qəbul etdiyini söyləyib: “Rusiya Patriarxı ilə ikitərəfli görüşdə erməni tərəfdən ona xeyli yanlış informasiyalar verildiyinin şahidi oldum. Buna görə də Rusiya Patriarxına Qarabağ reallıqları ilə bağlı ətraflı məlumat verdim. Üçtərəfli görüş isə mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Çünki ilk dəfə qalib tərəf kimi görüşdə iştirak edirdim. Qarşı tərəfin gözlərindəki məyusluğu hiss edirdim. Bu bizim Qələbəmizin nəticəsi idi. Bu Qələbəyə görə qəhrəman şəhidlərimizə, qazilərimizə borcluyuq.

Bu görüşdə Azərbaycan Prezidenti və dövlətimizlə bir daha qürur duydum. Görüşdə bir çox məsələ müzakirə olundu. Onlardan biri də Qarabağda yaşayan ermənilərin dini ibadətlərinə şərait yaradılması ilə bağlı idi. Mən də dedim ki, Azərbaycanda bütün dinlərin nümayəndələrinə ibadətləri üçün bütün şərait yaradılıb. Digər məsələ Üçtərəfli Bəyanatın imzalanmasından sonra erməni dini liderinin Xankəndiyə getməsi ilə bağlı oldu. Bu məsələ ilə bağlı erməni katolikosu mənim sualımı cavablandıra bilmədi.

Erməni dini rəhbəri “hərbi əsirlər” məsələsinə də toxundu. Mən isə dedim ki, Azərbaycanda heç bir erməni hərbi əsir yoxdur. Görüşdə katolikos “Qarabağın statusu” məsələsini qaldırdı. Mən isə vurğuladım ki, Azərbaycan Prezidenti bu məsələyə öz münasibətini bildirib, heç bir status olmayacaq. Ümumilikdə görüşü məhsuldar hesab edirəm”./apa/

  • Tahir
    Oktyabr 14, 2021 - 17:23

    Bah bu nə deyir ə belə? 30 ildir vazgenlə nə danışırsan özün bilərsən amma bunun Qələbəmizi nə dəxli?
    Bir də deyir ki, “Prezident İlham Əliyevin rəhbərliyi ilə”. Nə nooldu “Xomeyninin fətvası” məsələsi yadından niyə çıxdı? Qocalmısan huşun itib? ” “Rəhbərin” səndən hesab sormazmı? Ay xatakar … özünü elə zibilə saldın ki, indiyə qədər yaxşı nə etmiş olsan da zibilə döndərdi və saglıgında da öləndən sonra da sənə qara damga olaraq əbədi qalacaq..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*