Qaribaşvili Rusiyanın TƏRƏFİNİ TUTDU: “Tbilisi Avropa İttifaqının siyasətinə tabe olmayacaq”backend

Qaribaşvili Rusiyanın TƏRƏFİNİ TUTDU: "Tbilisi Avropa İttifaqının siyasətinə tabe olmayacaq"

“Tbilisi Aİ siyasətinə tabe olmayacaq”.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərlə söhbətində deyib.

O, Aİ-nin Rusiya ilə birbaşa uçuşların bərpası ilə bağlı tənqidinə cavab olaraq bildirib ki, Tbilisi həmin strukturun üzvü olmadığı üçün Aİ siyasətinə tabe olmayacaq.

“Avropa İttifaqının siyasətinə uyğun gəlmək üçün Aİ-nin üzvü olmalıyıq. Bu gün biz hələ Avropa İttifaqının üzvü deyilik. Və bu, uzun illər çəkəcək”, – deyə Qaribaşvili bildirib.

Hökumət başçısı bir daha qeyd edib ki, Rusiya Federasiyası ilə hava əlaqəsinin bərpası düzgün qərardır.

Eyni zamanda o, Qərbin sanksiyaları altında olan aviaşirkətlərin təyyarələrinin Gürcüstana uçmayacağını vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*