Qarpız sevənlərə 4 XƏBƏRDARLIQ – Mütləq OXUYUNbackend

Qarpız sevənlərə 4 XƏBƏRDARLIQ – Mütləq OXUYUN

Qarpız yay süfrələrinin əvəzolunmazıdır. Həm susuzluğu yatırır, həm də xoş ovqat yaradır. Amma yetişməmiş qarpız bu zövqü korlaya bilər. 

KONRKET.az  Musavat.com-a istinadən xəbər verir ki, tam yetişmiş və ləzzətli qarpız seçməyin sirlərindən bəzilərini təqdim edir:

Böyüklüyünə deyil, çəkisinə fikir verin

Əgər bir qarpız öz ölçüsünə görə daha ağırdırsa, bu, onun həm sulu, həm də şirin olduğuna işarədir. Belə qarpızları seçmək daha məqsədəuyğundur.

Sapın rənginə baxın

Əgər sapı saralmışdırsa, bu, qarpızın tam yetişdiyini göstərir. Əksinə, sapı hələ də yaşıl və təravətlidirsə, bu, qarpızın hələ tam yetişmədiyini göstərir.

Sapının tamamilə quruduğundan əmin olun

Sapı tam qurumuş qarpız daha şirin olur.

Qabığındakı çatlara diqqət edin

Qarpızın qabığında nazik, hörümçək toruna bənzər çatlar varsa, bu, onun həm sulu, həm də ləzzətli olduğuna işarədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*