Qatarla toqquşmaya saniyələr qalmış pilotu xilas etdilər – ANBAAN VİDEObackend

Qatarla toqquşmaya saniyələr qalmış pilotu xilas etdilər - ANBAAN VİDEO

Qəzaya uğrayan təyyarənin pilotu qatarla toqquşmadan saniyələr əvvəl kabinədən çıxarılaraq xilas edilib.

KONKRET.az Associated Press-ə istinadən xəbər verir ki, hadisə Los-Ancelesdə baş verib.

Pilotun xilas edilmə anı xüsusi xidmət orqanının əməkdaşının üzərindəki kameraya əks olunub.

Məlumata görə, “Cessna 172” yüngülmotorlu təyyarə Uaytman hava limanından qalxdıqdan sonra sərt eniş edib və dəmiryol keçidinin üstünə düşüb. Əməliyyat xidmətinin əməkdaşları pilotu qəzaya uğrayan təyyarədən çıxara biliblər. Bir neçə saniyədən sonra qatar yüksək sürətlə təyyarəyə çırpılıb.

Qəzanın səbəbləri hələ də araşdırılır. Pilot kabinədə tək olub. Yüngül xəsarətlər alan pilot xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*