Qaydaları pozaraq ev və restoranlarda toy məclisi keçirənlər CƏZALANDIRILDI – FOTObackend

Qaydaları pozaraq ev və restoranlarda toy məclisi keçirənlər CƏZALANDIRILDI - FOTO

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən “Asif” restoranında karantin rejimindən irəli gələn qaydaların pozularaq toy məclisinin təşkil olunduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan KONKRET.az-a verilən məlumata görə, adıçəkilən restoranın sahibi A.Əhmədov təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməyərək məclisin baş tutmasına şərait yaradıb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə rayonun Kərimbəyli kənd sakini İ.Məmmədovun təyin olunmuş qaydaları pozaraq evinin həyətində 90 nəfər qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.

Nazirliyin Şəki regional qrupundan verilən məlumata görə, Ağdaşda yerləşən “Ağ saray”, “İnci”, “Ümid” və “Səma” şadlıq saraylarında mərasimə dəvət edilən qonaqlardan 50-sinin COVID pasportu olmadığı üçün onların saraya girişinə icazə verilməyib.

Nazirliyin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tədbirlər zamanı şadlıq saraylarında keçirilən mərasimlər zamanı toya dəvət olunan qonaqların COVID pasportları yoxlanılıb. Qonaqlar arasında peyvənd olunmayan şəxslər isə məclislərə buraxılmayıb.

Aşkarlanan qayda pozuntuları ilə bağlı inzibati qaydada tədbirlər görülüb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*