Qazaxda  yanğın baş verdi – Xəsarət alan varbackend

Qazaxda yanğın baş verdi - Xəsarət alan var

Qazax rayonunda fərdi evin həyətinə yığılmış ot bağlamaları yanıb, xəsarət alan var.

KONKRET.az-ın  məlumatına görə, hadisə rayonun Böyük Cəfərli kəndində qeydə alınıb.

Kənd sakininə məxsus fərdi evin həyətində olan ot bağlamaları hələ ki, bilinməyən səbəbdən yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı bir nəfər, 1982-ci il təvəllüdlü İsrət Məmmədov qolundan xəsarət alıb. O, xəstəxanaya aparılıb.
Yanğın hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşınları və canlı qüvvəsi tərəfindən söndürülüb.”Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*