Qazaxda yol qəzası – Avtomobil piyadanı vurdubackend

Qazaxda yol qəzası - Avtomobil piyadanı vurdu

Qazax şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

KONKRET.az-ın məlumatına görə, hadisə şəhərdə fəaliyyət göstərən şadlıq saraylarından birinin qarşısında baş verib.

Avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 1986-cı il təvəllüdlü Nemət Əzizovu vurub. Müxtəlif xəsarətlər alan yaralı xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*