Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, naməlum mənşəli pilotsuz uçuş aparatı (PUA) ölkənin Qərbi Qazaxıstan vilayətinin Burlin rayonu ərazisində partlayıb.
KONKRET.az xəbər verir ki, hadisə zamanı PUA-nın qalıqları yaşayış olmayan ərazidə aşkar edilib.
Nazirlikdən bildirilib ki, “aparatların potensial sahibinə aidiyyəti ola biləcək xarici tərəfdaşlarla məsləhətləşmələr aparılır.”
Zakon.kz nəşrinin verdiyi məlumata əsasən, hadisə Kızıltaal kəndi yaxınlığında baş verib və dron döyüş sursatı ilə təchiz olunub.
Eyni vaxtda Rusiya Federasiyasının Orenburq vilayətində həyəcan siqnalı verilib.
Qeyd olunur ki, Kızıltaal kəndi ilə Orenburq vilayətinin sərhədi arasında məsafə təxminən 37 kilometrdir.
Hadisə ilə bağlı araşdırma aparılır.


Müşviq Tofiqoğlu
KONKRET.az
