Qazaxıstanda dollar kəskin bahalaşıb. Belə ki, Mərkəzi Asiya ölkəsində dollar 470 təngəyə satılır. Bu xəbər Azərbaycanda da dolların bahalaşacağı ilə bağlı fikirlərin yayılmasına səbəb olub.
Bəs görəsən Qazaxıstanda yaşanan halın Azərbaycanda təkrarlanması mümkündürmü?
KONKRET.az-ın ünvanladığı sualı cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda dolların bahalaşması üçün heç bir əsas yoxdur: “Çünki neftin qiymətinin yüksək səviyyədə olması indiki tədiyyə balansında 10 milyard dollara qədər müsbət saldonun yaranmasına səbəb olub. Belə bir şəraitdə manata heç bir təhlükə yoxdur və dollar bahalaşa bilməz.
İqtisadçınız sözlərinə görə, neftin qiyməti nə qədərki yuxarıdır, Azərbaycan manatı (obrazlı desək kağız neft) üçün təhlükə görünmür. Nə vaxt ki, neftin qiyməti kəskin ucuzlaşacaq, o zaman manat üçün təhlükə yaranacaq.
Müşviq Tofiqoğlu,
KONKRET.az