Yaxın Şərqdən olan ekstremistlər və Qazaxıstan daxilində yatmış terror qruplaşmasının üzvləri respublikada yeni iğtişaşlar yarada bilər.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının baş direktoru Andrey Kortunov deyib.
“Almatı küçələrində ərəb nitqinin eşidilməsi barədə məlumatlar var. Bəlkə də Körfəz ölkələrindən və Yaxın Şərqin digər dövlətlərindən gəliblər. Böhran baş verəndə dünyada vətəndaş müharibəsinin qızışdırılmasına hazır olan müəyyən sayda insan həmişə olur. Belə insanlar həm Qazaxıstan, həm də digər Orta Asiya dövlətlərinin içində mövcuddur”, – Kortunov qeyd edib.