Qazaxıstanda şəhər rəhbərləri beş il müddətinə TƏYİN EDİLƏ BİLƏRbackend

Qazaxıstanda şəhər rəhbərləri beş il müddətinə TƏYİN EDİLƏ BİLƏR

Qazaxıstan parlamentinin (aşağı palatası) deputatı Yerlik Omirqali rayon və şəhər rəhbərlərinin (akimlərin) beş il müddətinə təyin edilməsini təklif edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Məclisin plenar iclasında bildirib.

Deputat qeyd edib ki, parlamentin “Ak Yol” fraksiyası hökumətə ilk növbədə, rayon və şəhər akimlərinin səlahiyyət müddəti ərzində siyasi partiyaya üzv olmasını qadağan etməyi təklif edib.

O xatırladıb ki, 2022-ci ilin aprelində Qazaxıstan Prezidenti KasımJomart Tokayev hakim “Amanat” partiyasının sədri vəzifəsindən istefa verərək partiyadan çıxmaq barədə qərar qəbul edib.

“Seçicilər prezidentin siyasi partiyaya üzv olmaq qadağasını təkcə onun tərəfdaşlarına deyil, bütün Qazaxıstan xalqına xidmət etmək tələbi kimi qəbul etdilər. Bu, yeni siyasi mədəniyyətdir, dövlətlə cəmiyyət arasında münasibətlərin yeni səviyyəsidir”, – o deyib.

Qeyd edək ki, Qazaxıstanda rayonların, respublika əhəmiyyətli şəhərlərin və paytaxtın rəhbərlərini yerli nümayəndəlik orqanlarının razılığı ilə respublika prezidenti təyin edir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*