Qazaxıstanda yerli məclis paytaxtın adının geri qaytarıması ilə bağlı qərar QƏBUL ETDİbackend

Qazaxıstanda yerli məclis paytaxtın adının geri qaytarıması ilə bağlı qərar QƏBUL ETDİ

Qazaxıstan paytaxtının (yerli nümayəndəlik orqanı) məslixatı şəhərin keçmiş adının – Astananın qaytarılmasını dəstəkləyib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin paytaxtının adı 2019-cu ilin martında ilk prezident Nazarbayevin şərəfinə dəyişdirilib.

Səsvermədən sonra sənəd baxılmaq üçün Qazaxıstanda toponimlərin adlarının dəyişdirilməsi ilə məşğul olan respublika onomastika komissiyasına göndəriləcək.

“Dünya praktikasında paytaxtların, ştatların adlarının dəyişdirilməsi ilə bağlı nümunələr var. Mən Astana adının qaytarılmasını dəstəkləyirəm. Çünki bu illər ərzində tanınan brendə çevrilib”, – deputat Askar Smaqulov konfransda deyib.

Xatırladaq ki, 2019-cu ilin mart ayında Qazaxıstanın paytaxtı Astana ilk prezident Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılıb. Qərar Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə qəbul edilib. 2022-ci il sentyabrın əvvəlində “Jana Kazaxıstan” parlament qrupu keçmiş adın paytaxta qaytarılmasını təklif edib.

Qeyd edək ki, bundan əvvəl şəhər üç dəfə adını dəyişib. 1830-cu ildə yarandığı gündən şəhər Akmolinsk, 1961-ci ildə Tselinoqrad, 1992-ci ildə Akmola, 1998-ci ildə isə Astana adlandırılıb və paytaxt ora köçürülüb. Qazax dilindən Astana “paytaxt” kimi tərcümə olunur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*