Qazaxıstanlı yazıçı: “Azərbaycan bayrağı Xankəndidə qaldırılanda sevincimdən ağladım”backend

Qazaxıstanlı yazıçı: “Azərbaycan bayrağı Xankəndidə qaldırılanda sevincimdən ağladım”

“Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını qaldırmaq xəbərini eşidəndə gözlərim yaşarıb”.

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Bu fikirləri KONKRET.az-a açıqlamasında qazaxıstanlı yazıçı-publisist Nasiha Fumarqızı vurğulayıb.

Azərbaycanın Qarabağı tam azad etməsinə sevindiyini deyən Nasiha Fumarqızı bildirib ki, “Bütün qəlbimlə Azərbaycana bağlıyam və Qarabağı sevirəm. 3 il əvvəl Şuşanın işğaldan azad olunması xəbərini eşidəndə mən sevincimdən göz yaşlarımı saxlaya bilmədim. Azərbaycan bayrağını götürüb küçəyə qaçdım. Mənə qismət oldu, gedib, Şuşanı gördüm. Şuşadan Xankəndini də seyr etmişəm. Oradan Xankəndi çox aydın görünür. O vaxt qəlbimdən bir sual keçirdi ki, görən, Xankəndi nə vaxt tamam azad olacaq? Şükürlər olsun ki, arzularımız çin oldu.

Mən həmişə yazırdım ki, birinci Xocalını azad etmək lazımdır. İndi soyqırım zamanı həlak olan həmin insanların ruhu dinclik tapıb. Mən 2018-ci ildə Xocalı haqqında kitab yazarkən orada baş verənləri ətraflı öyrənmişəm və bilirəm ki, yüzlərlə azərbaycanlı həmin soyqırımın qurbanı olub.

Xankəndidə İlham Əliyev çıxış edəndə də mən sevincimdən ağlayırdım və bu günü mənə yaşatdığı üçün Allaha dualar edirdim”.

  • Abbas
    Oktyabr 20, 2023 - 13:13

    Sağ olun, Nasiha Fumarqızı. Sağ olsun Qazax xalqı. Həmişə dostluqda var olasınız.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*