Qazi adı ilə videosu yayılan Bakı sakini kimdir? – VİDEObackend

Qazi adı ilə videosu yayılan Bakı sakini kimdir? - VİDEO

Qatar qəzasında hər iki ayağını itirən İmran Lalayevin videosu çəkilərək qazilərə həsr olunan mahnının fonunda ”Tik-tok” sosial şəbəkəsində paylaşılıb.

KONKRET.az xəbər verir ki, Bakıdakı teatrlardan birinin aktyoru olan İ.Lalayevin sözlərinə görə, 2013-cü ildə 21 yaşında qatar qəzasında hər iki ayağını itirib.

Bundan sonra isə protez ayaqla hərəkət etməyə başlayıb. O deyir ki, xəbəri olmadan tanımadığı şəxs videosunu çəkərək paylaşıb.

Paylaşılan videoda istifadəçilər onun qazi olması ilə bağlı şərhlər yazıblar.

İ.Lalayev icazəsini almadan onun videosunu çəkib paylaşan şəxsi məhkəməyə verəcəyini deyib. /Xəzər Xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*