“Qazprom” Moldovaya 48 saat vaxt verdi – Qaz təchizatı dayandırılacaqbackend

“Qazprom” Moldovaya 48 saat vaxt verdi - Qaz təchizatı dayandırılacaq

“Qazprom” Moldovaya qaz təchizatını 48 saat ərzində dayandıracağı ilə bağlı xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Qazprom”un nümayəndəsi Sergey Kupriyanov məlumat verib. O bildirib ki, Moldova noyabrın 22-də lazım olan ödənişi etməsə  bir neçə saat ərzində qazın verilişi dayandırılacaq.

“Qazprom” Kişinyovun müqavilə öhdəliklərini yerinə yetirməməsindən son dərəcə məyusdur, Moldova noyabrın 22-dək hazırkı qazın pulunu ödəməli idi”, – deyə Kupriyanov bildirib.

O əlavə edib ki, Moldovanın ağır maliyyə vəziyyətini nəzərə alaraq, müqavilə praktiki olaraq Moldova tərəfinin şərtləri əsasında bağlanıb. Vacib şərt  ondan ibarət idi ki, Moldova qaza görə cari ödənişlərin yüz faizini vaxtında ödəməli idi.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*