“Qəbələ”nin rəqibləri bəlli oldubackend

"Qəbələ"nin rəqibləri bəlli oldu

“Qəbələ”nin qış fasiləsində yoxlama oyunları keçirəcəyi rəqiblər açıqlanıb.

KONKRET.az xəbər verir ki, yanvarın 10-da Qəbələdə “Kəpəz”lə qarşılaşacaq komanda 3 gün sonra hazırlıq prosesinin ikinci mərhələsi üçün Bakıya yollanacaq.

“Qəbələ” burada daha iki oyun keçirəcək. Yanvarın 14-ü “Araz Naxçıvan”la üz-üzə gələcək “qırmızı qaralar”, ayın 18-də “Baku Sportinq”lə matçda qüvvəsini sınayacaq.

Oyunların başlama saatı və məkanı barədə əlavə məlumat veriləcəyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*