Qədim qəbiristanlıqda araşdırma: 13 min illik cinayətin üstü açıldıbackend

Qədim qəbiristanlıqda araşdırma: 13 min illik cinayətin üstü açıldı

ABŞ-ın Texas Universitetinin professoru Qian Vanqın rəhbərlik etdiyi tədqiqatdan maraqlı nəticələr ortaya çıxıb. Qədim qəbiristanlıqda tapılan insan skeletinin 1300 il əvvəl qətlə yetirilən yeniyetmə olduğu müəyyən edilib.

KONKRET.az xəbər verir ki, elm adamları Çinin Ninsya şəhərindəki qəbiristanlıqda soyğunçular tərəfindən tapılan skeleti araşdırıblar.

Araşdırmalar nəticəsində gəncin necə öldüyü müəyyən edilib.

Araşdırma nəticəsində müəyyən olunub ki, başı və bədəninin müxtəlif nahiyələrində yaralar olan gənc 13 ölümcül bıçaq xəsarəti alıb. Tədqiqatçılara görə, rəqiblərinə gücü çatmayan gənc onlara tez təslim olub. Qatillər cinayətlərini gizlətmək üçün qəbiristanlıqda dəfn etmə üsulunu seçib.

Professor Qian Vanq araşdırmanın elm adamlarını həyəcanlandırdığını deyib:

“Bu durumla ilk dəfədir qarşılaşırıq. Çünki müasir qətl hadisələrində qurbanı qəbiristanlıqda dəfn etmək üzləşdiyimiz bir şey deyil. Hücum edənlər cəzadan yayınmaq üçün belə bir üsula əl atıblar”. Teleqraf.com

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*