ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova “rezidenturasız cərrahlar” kimi fəaliyyət göstərən bəzi şəxslərin onu hədələdiyini bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə o, özünün Feysbuk səhifəsində yazıb.
Jurnalist ona edilən təhdidlərlə bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarına çağırış edib:
“Bu şəxslər ilk olaraq, şou-biznesdəki və mediada çalışan tanışlarının dəstəyi ilə mənə qarşı təxribat xarakterli hücumlar etdilər. Daha sonra külli miqdarda maddi təkliflərlə məni ələ almağa çalışdılar. Bu cəhdlər nəticəsiz qaldıqda, müxtəlif sosial media platformalarında haqqımda böhtan xarakterli paylaşımlar etdilər. Nəhayət, trollar vasitəsilə şəxsi mesaj qutuma sağlamlıq və həyatımla bağlı ciddi təhdidlər göndərdilər. Övladlarımın həyatına zərər yetirəcəkləri barədə mesajlar aldım. Məqsədləri aydındır, həqiqətləri ictimailəşdirməyimə mane olmaq və məni susdurmaq. İnstaqram hesabımda bu təhdid mesajlarının çoxsaylı nümunələri mövcuddur. Bu gün yalnız birini paylaşaraq, vəziyyətin nə qədər ciddi olduğunu göstərmək istəyirəm. Bu şəxslər həkim adını diplomla deyil, qeyri-qanuni yollarla qazanmağa üstünlük veriblər. Onların və adları çəkilən klinikaların fəaliyyəti cəmiyyətin sağlamlığı üçün ciddi təhlükədir. Aldatdıqları insanlardan topladıqları pulları troll ordusu, saxta hesablar və hətta haker hücumlarına yönəldirlər. Hüquq-mühafizə orqanlarını və bütün aidiyyəti qurumları bu vəziyyətə müdaxilə etməyə çağırıram. Xalqın sağlamlığını təhlükəyə atan, təhdid və təzyiqlərlə həqiqətləri gizlətməyə çalışan bu şəxslərə qarşı tədbirlər görülməsi zəruridir”.
Qənirə xanım nə deyib düz deyib.Ona görədə o, dələduzların kürkünə birə düşüb,təhdidə,şantaja keçiblər.Ona görə ki,kimlərəsə arxayın olub qudurublar İndi baytar həkimləri,hətta cərrahlıqdan xəbəri olmayan həkimciklər xalqın taleyi ilə oynayırlar.Onların elədikləri cinayətkar tibbi əməliyyatlar nəticəsində nə qədər analar,bacılar həyatlarından olublar,vəya şikəst olublar.Səhiyyə Nazirliyi rüşvət müqabilində həmin yalançı həkim cərrahlara saxta lisenziyalar verməkdədir.İndi tibb kollecini qurtaran,ya qurtarmayan özünü uzman,həkim hesab edir.Əksər həmin yalaçı,saxta cərrahların diplomları belə yoxdur.