“Qərb ölkələri Ukraynadakı müharibədə uduzur, lakin onlar hələ də onu dayandırmaq və uğursuzluqlarını etiraf etmək istəmirlər”.
KONKRET.az xəbər verir ki, bunu qatıldığı proqramda Macarıstanın baş naziri Viktor Orban deyib.
O, ölkəsinə olan təzyiqlərə baxmayaraq münaqişəyə qoşulmayacaqlarını bildirib.
Nazir həmçinin soyuq müharibənin də yaxşı fikir olmadığını vurğulayıb.
Macarıstanın baş naziri ümid edib ki, Donald Tramp seçkilərdə qalib gəlsə, ABŞ-də müharibə partiyası sülh partiyası ilə əvəzlənəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl Baş nazir qeyd etmişdi ki, Aİ indiki Macarıstan hökumətini devirmək və onu “kukla” ilə əvəz etmək istəyir.
Məlik,
KONKRET.az