“Qərbin Kremlə qarşı sanksiyalarının effekti sıfıra bərabərdir, əksinə bundan Rusiya qazanır” – İLGİNC AÇIQLAMAbackend

“Qərbin Kremlə qarşı sanksiyalarının effekti sıfıra bərabərdir, əksinə bundan Rusiya qazanır” – İLGİNC AÇIQLAMA

Enerji daşıyıcılarının yüksək qiymətləri fonunda Rusiyaya qarşı sanksiya rejiminin mənasız, heç bir effekt verməyən addım olduğunu dəfələrlə qeyd etmişəm. Ümumiyyətlə, sanksiyalardan udan hələ ki, Rusiya oldu. 2008-ci ildən başlayan, 2014-cü ildən isə çox sərtləşən Qərbin sanksiya siyasəti tam iflasa uğrayıb. Sanksiyalar Rusiyanı ayıltdı, daxili istehsalı, ixracatı, gəlirlərini artırdı. Bu faktdır, rəqəmlərlə sübut olunur.

Bu fikirləri KONKRET.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib. O bildirib ki, bu il, Rusiya neft-qazdan 125 milyard dollar gəlir əldə edəcək: “Bu rəqəm 2020-ci ilə nisbətən 50 milyard dollar çoxdur. 2020-ci ildə neftin ortalama qiyməti 43 dollar idisə, 2021-ci ildə 70 dollardan yuxarı olacaq. Keçən il Rusiyanın Avropaya satdığı qazın orta qiyməti hər 1000m3 üçün 143 dollar idisə, bu il hər 1000m3 üçün ortalama 319 dollar olacaq. Bu qiymətlərlə Rusiyaya qarşı sanksiyaların effekti sıfıra bərabərdir”.

Natiq Cəfərli REAL-ın dövlətdən pul almasını tənqid edənlərə cavab verdi - Region News

Natiq Cəfərlinin sözlərinə görə, 2030-cu ilə qədər enerji daşıyıcılarının qiyməti yüksək olacaq: “Bu ölkəmiz üçün ikinci və son şans olacaq ki, ciddi sistem islahatları həyata keçirib məmləkəti keyfiyyətcə yeni səviyyəyə çıxardaq. Birinci şansı iqtisadi olaraq itirdik. Amma işğal faktının böyük ölçüdə sona çatması, torpaqlarımızın azad edilməsi, o itirilmiş şansı müəyyən mənada kompensasiya etdi. İndi isə ikinci və son şansı itirməyə haqqımız yoxdur. 2030-cu ildə tamam başqa dünyada yaşayacağıq. Hazırlaşmasaq bəşəriyyətin uduzanlar, autsayderlər “liqasında” qalacağıq”.

şviq Tofiqoğlu

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*