Qərbin Türkiyə PLANI: “Azərbaycan yenidən işğal oluna bilər” – TƏHLİLbackend

Qərbin Türkiyə PLANI: "Azərbaycan yenidən işğal oluna bilər" - TƏHLİL

Ağ Partiya başqanı Tural Abbaslının “YouTube” kanallarından birinə Türkiyə ilə bağlı açıqlaması səs-küy doğurub. Söhbət bu il Ərdoğan hökumətinin dəyişəcəyi təqdirdə Türkiyə və regionu nələrin gözləyəcəyindən gedir. Müxalif partiya lideri bildirib ki, Ankarada AK parti iqtidarının devrilməsi gələcək hökumətin də Azərbaycanın yanında olmasına zəmanət vermir. Və dediklərinə Süleyman Dəmirəlin Elçibəy hökumətinə helikopter verməməsi ilə əsas qazandırıb. Bəli, o zamankı Türkiyə iqtidarı “Bakı problemini Moskva ilə çözsün” deyirdi.

KONKRET.az xəbər verir ki, Türkiyə mediası da Tural Abbaslının çıxışını yayımlayır və Boraltan körpüsü olayını da xatırladırlar. Stalin zülmündən qaçan azərbaycanlılar barədə Ərdoğanın illər öncəki çıxışını təqdim edirik:

Daha əvvəl də xəbər verdiyimiz kimi, ABŞ Türkiyədə hakimiyyət dəyişikliyinə nail olmaq istəyir. Vaşinqton əhli buna 2016-da FETO və Türkiyədə hərbi çevrilişlə nail olmağa çalışdı. Lakin xalq Ərdoğanı dəstəklədiyi üçün ordu sıralarındakı nurçular ələndi. Hazırda isə Türkiyənin yəhudi Ceremi Rifkin kurasiyasına verilməsi planlaşdırılır. Bu barədə də araşdırma təqdim etmişik.

Türkiyə hakimiyyətini hərbi çevrilişlə devirə bilməyən amerikalıların FETO qolu da zərərsizləşdirildiyinə görə, plan iqtisadi və dollar maxinasiyalarına keçid aldı. Hətta Ağ Evin Yunanıstana hərbi yardımları, Fransanın da Egeydə gərginlik yaratmaq cəhdləri sezilir. Bunun isə səbəbi gün kimi aydındır:

– Qərbə müstəqil Türkiyə lazım deyil. Onlar belə geostrateji əhəmiyyətli cümhuriyyəti buyruqçu statusuna qaytarmaq istəyirlər. Çünki Ərdoğan ölkəsini sözün hər mənasında azad siyasət platformasına çevirib. Belə ki, regionda Türkiyənin sözü Avropa İttifaqı, NATO, BMT kimi təşkilatlardan daha keçərlidir. Bu isə Osmanlı qarabasması ilə islaq oyanan qərblilərə sərf eləmir.

Qərbin Türkiyə planı baş tutarsa:

– İstanbul meri kimi ermənipərəstlərin, qılıncın darlıq etdiyi “ağıllılar”ın hakimiyyətə gəlməsi qaçılmazlaşır;

– Bu zaman Türkiyədə vətəndaş müharibəsi ola bilər;

– PKK, PYD, YPG terrorları İstanbulu Hələbə çevirər;

– “France24″də yayımlanan Türkiyənin parçalanmış xəritəsi reallıq olar;

– Söhbət Türkiyənin Anadolu hissəsi, Ermənistan və Naxçıvanla sərhəd ərazilərində Kürdüstan dövlətinin yaradılmasından gedir.

Yaxud:

– Türkiyənin yeni hökuməti Azərbaycanın mövqeyini müdafiə etməyəcək;

– Ermənistanla sərhədlər açılacaq və İrəvan Bakının ərazi bütövlüyü şərtlərini qəbul etməyə məcbur qalmayacaq. Çünki blokadadan çıxmış olur;

– Ərdoğanla imzalanan Şuşa bəyannaməsi ləğv oluna bilər. Rusiyaya meydan oxuyan türklər meydanı yenə Kremlə verəcək;

– Türk Dövlətləri Təşkilatı ən yaxşı halda əməkdaşlıq şurası qəlibinə düşəcək. Turan İttifaqı Avrasiya İqtisadi Birliyi və KTMT asılılığı yaşayacaq;

– Azərbaycan Qarabağı erməni işğalından qorumaq üçün yetərli gücə sahibdir. Amma Prezident İlham Əliyev demişkən, “gəl təkbətək vuruş bizlə”. Ermənistan isə KTMT-yə sədrlik edən ölkə və Rusiyanın bir növ diyarıdır. Bu halda III Qarabağ savaşı I Qarabağ müharibəsini xatırlada bilər. Bəzi ekspertlərin təbirincə desək, “Azərbaycan yenidən işğal olunar”.

Hər halda “şər deməsən, xeyir gəlməz”. Hamı bilir ki, Azərbaycan qlobal iqtisadi layihələrin ev sahibidir və Rusiya bura hücum etmək istəsə, qarşısında Avropanı görə bilər. Digər bir həqiqət isə ondan ibarətdir ki, Kreml bütün Qərbi gözə alaraq Ukraynaya hücumu davam etdirir. Yəni Rusiyanın yeni SSRİ iddiaları sərhəd tanımayacaq.

Sonda qeyd edək ki, Ulu öndər Heydər Əliyevin “bir millət iki dövlət” kəlamını bugünkü gerçəkliyə çevirən İlham Əliyev və Rəcəb Tayyib Ərdoğandır. Qardaşlıq isə dollarla ölçüyə gəlmir.

KONKRET.az-ın Analitik Qrupu

  • Лина
    Yanvar 8, 2023 - 10:41

    Это статья,лишнее доказательство того,что пока США не сотрут с лица Земли,Мира нигде не будет.По всему миру,пора уничтожить все заводы,выпускающие боевую технику и оружие.

  • Səid
    Yanvar 8, 2023 - 14:22

    Türkiyə 2019cu ildən bəri defoltun eşiyinfədir, ölkə iqtisadi olaraq batıb gedir, sizlərsə hələ də mövcud hakimiyyətin qalması ehtimalını ön plana çıxarırsınız, Türkiyə iqtisadi olaraq çökərsə, Azərbaycan da onunla bağlı olaraq problemlər yaşayacaq. Türkiyədə hakimiyyət dəyişməlidir ki, nəsə dəyişsin jəm Türkiyə üçün həm də Azərbaycan üçün.

    • Yunis
      Yanvar 8, 2023 - 22:44

      Xeyr. Türkiyə daim inkişaf edir və etməkdədir. Artıq qırıcılar istehsal edir. Hansı ki onu kimiləri ancaq ABŞ çətinliklə istehsal edir. Təkcə bu deyil ümumiyyətlə 2016 dan bəri Türkiyə çox inkişaf edir. Təsəvvür elə 100 ildə ilk dəfədir Türkiyə öz avtomobilini istehsal edir. İnşAllah Ərdoğan qalib gələr. Qarabağı Ərdoğanın sayəsində azad etdik. Yoxsa ruslar bizə qoymazdilar

Səid üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*