Qərbin 2023 PLANI: Avropanı idarə edən Ceremi Türkiyədə QƏLƏBƏ qazanacaqmı?backend

Qərbin 2023 PLANI: Avropanı idarə edən Ceremi Türkiyədə QƏLƏBƏ qazanacaqmı?

ABŞ Türkiyədə hakimiyyət dəyişikliyinə nail olmaq istəyir. Vaşinqton əhli buna 2016-da FETO xətti ilə Türkiyədə hərbi çevrilişlə nail olmağa çalışdı. Lakin xalq Ərdoğanı dəstəklədiyi üçün ordu sıralarındakı nurçular ələndi.

KONKRET.az xəbər verir ki, Birləşmiş Ştatların çevriliş institutları bundan sonra iqtisadi maxinasiyalara əl atdılar. Türkiyədəki devalvasiya və hazırkı iqtisadi vəziyyət insanlar arasında narazılıq yaradıb. Ya da amerikanlar mövcud olmayan sosial hiddət barədə feyk xəbərləri tirajlamaqla türk əhalinin təfəkküründə səbəbsiz etiraz formalaşdırırlar. Hər şey qardaş ölkədə hakimiyyət dəyişikliyinə hesablanırmış kimi görünür. Hətta Amerikanın Ərdoğanı əvəzləyəcək namizədinin də adı açıqlanıb:

Ceremi Rifkin

1945-də Kolorado ştatının Denver şəhərində doğulan Ceremi Rifkin yəhudidir. Sosial filosof, iqtisadçı, yazıçı, ictimai xadim, postkapitalizm, dayanıqlı inkişaf və alternativ enerji təbliğatçısı, “3-cü sənaye inqilabı” konsepsiyasının müəllifi, tanınmış siyasətçilərin məsləhətçisi olmuş Rifkin 20 ildir ki, Avropa iqtisadiyyatını idarə edir. Bu informasiya Cereminin bəy tərifi, seçki platforması deyil. Sadəcə, necə güclü fiqur olduğunun izahıdır:

– Ceremi Rifkin Sarkozi və Merkelin köməkçisi olub. Yəni qərarları Ceremi hazırlayırdı, Avropa liderləri isə sadəcə imzalayırdı. Almaniyanın hazırkı yaşıl enerji tərəfdarı olan Olaf Şolts hökuməti də Cereminin təsiri altındadır. İtaliyanın sabiq Baş naziri Romano Prodinin sağ əli olub. Siyahıya Ursula fon der Lyayeni də əlavə etmək olar. Sanki Avropanı idarə edirmiş kimi görünən bütün vəzifəlilər Cereminin katibi, sənəd daşıyan və imzalayanıdır.

Onun Avropadakı missiyası həll olunmuş şəkildədir. Bircə Türkiyə tapşırığı qalıb. Bu işdə Cereminin özünə katib kimi seçdiyi 2 nəfər isə təzəlikcə 2 il iş kəsildiyi deyilən Ekrem İmamoğlu və CHP lideri Kemal Kılıçdaroğludur.

CHP Rifkin üçün onlayn təqdimat keçirib, həm də Kemal Kılıçdaroğlu ona özünün köməkçisi vəzifəsini təklif edib. Yəni Ceremi CHP-ni iqtidara gətirmək istəyir ki, regiondakı daimi hakimiyyət yalnız özünə məxsus olsun. Həm də Ərdoğan müstəqil siyasət yürüdür və bu, ABŞ-a sərf eləmir. Buna görə də camaatı yeniliyə inandırmaq üçün Kılıçdaroğlu-İmamoğlu hiylələrinə əl atılacaq. Və buna artıq start verilib. Kemal da Ekremi namizəd kimi irəli sürsə və seçkilərdə qalib gəlsə, Ceremi Avropadakı “kukla idarəçiliyi”ni Türkiyədə davam etdirəcək. Yəni ölkəni Rifkin idarə edəcək, lider seçilənlər isə sadəcə oyuncaq funksiyalarını daşıyacaqlar – “Fatı, dur, Fatı, otur”.

Məqsəd dünyanın hər yerində öz planlarını gerçəkləşdirməkdir: neft-qaz istifadəsinə qadağa, yaşıl enerji, süni ət, elektron sistemə keçid, insanların vahid mərkəzdən idarə olunması, əhali qırğını, sonsuzluq kimi demoqrafik gedişlər nəzərdə tutulub. Hazırda savaş meydanı olan və qaynar nöqtəyə çevirmək istədikləri ərazilər də Qərbin buyruğuna qarşı çıxanlardır. Ya da qəhrəman kimi maskalanmaq üçün Qərbin bu tapşırığını savaş qırğını ilə həyata keçirənlərdir.

Natiq Səlim,

KONKRET.az

P.S. Kimin hansı məzhəbə qulluq etdiyi bilinmir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*