Qəzada həlak olan hərbçimiz yeni ata olubmuş – Fotolarbackend

Qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Fotolar

Qazaxda hərbçinin həlak olduğu yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

KONKRET.az xəbər verir ki, qəza nəticəsində dünyasını dəyişən 2003-cü il təvəllüdlü Səbuhi Əliyev yeni ata olubmuş.

Belə ki, o, ötən həftə dünyaya göz açan körpəsini və həyat yoldaşını Qazaxdan xidmət etdiyi hərbi hissənin şəhərciyinə gətirmək üçün doğma rayonuna yollanıbmış.

Faciəvi hadisə də bu zaman baş verib. S.Əliyev MAXE kimi xüsusi təyinatlıların sıralarında xidmət edirmiş. Səbuhi dünən Qazax rayonunun Qaymaqlı kəndində torpağa tapşırılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*