Qəzada ölən tələbələrin kimliyi məlum oldu – FOTObackend

Qəzada ölən tələbələrin kimliyi məlum oldu - FOTO

Ötən axşam Bakıda baş verən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

KONKRET.AZ xəbər verir ki, Binəqədi rayonunda baş verən qəzada ölən şəxslər 11-ci sinif şagirdləri Tural və Dilarədir.

Hadisə baş verən vaxt şagirdlər ali məktəbə hazırlıq dərsindən evlərinə gedirmiş.

Xatırladaq ki, ötən axşam Binəqədi rayonunda köməkçi yoldan əsas yola çıxan yük avtomobili sola dönərkən iki piyadanın üzərindən keçib.

Hadisə nəticəsində hər iki şəxs aldıqları xəsarətlərdən dünyasını dəyişiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*