Qəzza zolağında BMT-nin əməkdaşı həlak oldubackend

Qəzza zolağında BMT-nin əməkdaşı həlak oldu

Qəzza zolağında BMT-nin əməkdaşı həlak olub, həmkarı isə yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə təşkilatın baş katibinin mətbuat katibinin müavini Fərhan Haq məlumat verib.

Belə ki, BMT əməkdaşları Rəfahdakı Avropa Xəstəxanasına gedərkən onların avtomobili atəşə tutulub.

BMT-nin Baş katibi Antonio Quterreş avtomobilin vurulması ilə bağlı araşdırma aparmağa çağırıb. O, həmçinin həlak olanların yaxınlarına başsağlığı verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*