UNICEF, İsrailin hücumları nəticəsində 64 min uşağın yaralandığını və onların dörddə birinin qalıcı zərər gördüyünü açıqlayıb.
KONKRET.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondunun (UNICEF) sözçüsü Rikardo Pires Qəzzada atəşkəsin bölgədə yaşayan uşaqlar və onların ailələri üçün “çox ehtiyac duyulan və vaxtı keçmiş ümid işığı” olduğunu bildirib.
BMT-nin Cenevrədəki ofisində verdiyi açıqlamada Pires bu ümidin yalnız “təcili və sürətli addımlarla” qarşılana biləcəyini vurğulayaraq, münaqişənin bütün tərəflərini atəşkəsi həyata keçirməyə və saxlamağa çağırıb.
Dəniz Pənahova
KONKRET.az