Dünən Qəzzaya humanitar yardım aparan gəmi heyətində saxlanılan Azərbaycan vətəndaşlarının Türkiyəyə geri qayıtması nəzərdə tutulur.
KONKRET.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
O qeyd edib ki, saxlanılan şəxslər arasında olan 2 nəfər Azərbaycan vətəndaşı – Pərvin Əzimov və Orxan Səmədzadə gəmi ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar.
“İsraildəki səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə geri qayıtması nəzərdə tutulur” – XİN rəsmisi bildirib.